"Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".
Ümummilli lider Heydər
Əliyev
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutr. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Azərbaycanda müstəqillik
dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər
təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini
tapmışdı. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması,
ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi
vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət
mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb
həyata keçirilməsi zərurətini ortaya atdı.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən
gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini
dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi
elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət
quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı
qüvvə həmişə gənclər olub.
Azərbaycan gənclərinin
günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi
formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin
mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər
Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın
malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq
və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət
olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi,
demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata
keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın
hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli
liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki,
Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin
bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək
bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri
də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən
biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir,
onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi
önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət
istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin
və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin
edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Ulu öndər Heydər
Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının
formalaşdırılması və təkmil-ləşdirilməsi istiqamətində azərbaycanlı gənclər
SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə
ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və
s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəs-sisələrində öz təhsillərini
başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə
çalışırdılar. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə,
1969-cu ildən bəri SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində
18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın
intellektual əsaslarının möh-kəmlənməsinə fundamental töhfə idi.
Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu
cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək
elmə malik insanlar var və onlar cəmiy-yətin çox hissəsini təşkil edir. Əgər
onlar olmasaydı, Azərbay-canın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə
bilməzdi. Bun-lar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə
edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz
nailiyyətləri heç vaxt unutmamalıyıq”. Məhz bu sahəyə,
müasir dövrdə də Ümumilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən
xüsusi diqqət ayrılır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq standartlara
cavab verən Orta və Ali təhsil ocaqları, eləcə də, Sabah Qrupları bu diqqəti
əks etdirir. 1994-cü il iyulun 26-da Gənclər, İdman
və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin
forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə
müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə
şəxsən iştirak edib.1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə
gənclərin bir qrupunu qəbul edən ulu öndər "2 fevral - Azərbaycan gəncləri
gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən
ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi
təntənəli şəkildə qeyd olunur.
Ümummilli lider gəncliyin aktiv sosial təbəqə kimi
ictimai həyatdakı roluna mühüm əhəmiyyət verərək bildirirdi ki, gəncləri
gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham
alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram: "Əmin ola bilərsiniz
ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün
hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı
olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil
alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni
edəcəyik."
Ümumiyyətlə,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər
siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi. Milli mənəvi dəyərlərimizin
qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı
olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin
elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni
islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları
müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək,
gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların
məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə
inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə
yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi
strateji hədəflər olub.
Məhz həyata keçirilən
məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual
səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır.
Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol
oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər
təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün
olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Yorumlar
Yorum Gönder